SON XƏBƏRLƏR

ABŞ İranla bağlı təqdim olunan təklifi qəbul edib

2026.11.03, 21:30
ABŞ İranla bağlı təqdim olunan təklifi qəbul edib

Gunaz.tv

Yüksək vəzifəli bir mənbə çərşənbə axşamı “Əl-Ərəbiyyə” və “Əl-Hədəs” telekanallarına bildirib ki, ABŞ İranla bağlı Qətər vasitəçisinə təqdim edilmiş təklifə razılığını çatdırıb. Təklif Vaşinqton və Tehran arasında danışıqların irəlilədilməsi və anlaşmanın əldə olunması səyləri çərçivəsində irəli sürülüb.

Mənbənin sözlərinə görə, vasitəçilər hazırda İranın cavabını gözləyirlər. Tehran təklifi ötən gün qəbul edib.

Təklifin məzmunu və İranın nə vaxt cavab verəcəyi barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Bu proses tərəflər arasında həllini tapmamış məsələlər üzrə fikir ayrılıqlarını azaltmaq məqsədilə təmasların və vasitəçilik səylərinin davam etdiyi bir vaxtda baş verir. Qətər iki ölkə arasında gərginliyin azaldılması və yeni hərbi qarşıdurmanın qarşısının alınması istiqamətində səylərini davam etdirir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar