SON XƏBƏRLƏR

Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib

2026.10.27, 12:26
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərinin kəşfiyyat idarəsi müəllim və Təhsil İşçilərinin Həmkarlar İttifaqının üzvü Əli Hacını idarəyə apararaq dindiriblər.

Gunaz.tv

Bu barədə İran Müəllimlər Birliyinin Koordinasiya Şurası məlumat yayıb.

Onun sosial mediada yanvar etirazları qurbanları ilə bağlı etdiyi paylaşımlara görə dindirildiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl də Əli Hacı tənqidi paylaşımlarına görə təqib və təzyiqlərlə üzləşib, 6 ay işdən uzaqlaşdırılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar