SON XƏBƏRLƏR

Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın

2026.10.20, 18:33
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın

Gunaz.tv

Traxtur klubu Bəndər Ənzəli Malavanı ilə oyun ətrafında baş verən qalmaqallardan sonra İran futbolunun yüksək vəzifəli rəsmilərinə rəsmi məktub göndərərək, etnik və ayrı-seçkilik xarakterli şüarların, eləcə də komandanın futbolçularının ailələrinə qarşı təhqirlərin təcili araşdırılmasını tələb edib.

Klubun baş icraçı direktoru və İdarə Heyətinin üzvləri məktubu İran Futbol Federasiyasının prezidentinə, İdarə Heyətinin üzvlərinə, Liqa Təşkilatının rəhbərinə, İntizam Komitəsinin və federasiyanın mühafizə bölməsinin məsul şəxslərinə ünvanlayıblar.

Traxtur irqçi və ayrı-seçkilik xarakterli davranışlara qarşı qəti tədbirlərin görülməsini və bu cür hadisələrin təkrarlanmasının qarşısının alınmasını tələb edib.

Klub həmçinin məsələnin araşdırılmasını cəmiyyətdə ictimai təhlükəsizliyin qorunması ilə əlaqələndirərək, məsul qurumları bildirilən hadisələrə ciddi münasibət göstərməyə çağırıb.

Bu addım klubun Malavanı ilə oyundan əvvəl baş verən hadisələrə etirazlarının davamı kimi qiymətləndirilir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar