SON XƏBƏRLƏR

Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir

2026.10.20, 19:35
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir

Gunaz.tv

İsrailin xarici işlər naziri Gideon Sa’ar Abbas Əraqçinin Fransadakı etirazlarla bağlı açıqlamalarına münasibət bildirərək İran hakimiyyətinin ikili mövqeyini tənqid edib.

Sa’ar “X” sosial şəbəkəsində yazıb ki, öz ölkəsində etirazçıları repressiyaya məruz qoyan və edam edən, terrorizmi isə xaricə ixrac edən hakimiyyət indi Parisə sərbəst toplaşmaq azadlığı barədə dərs verməyə çalışır.

İsrailin xarici işlər naziri yanvar ayında İran hakimiyyətinin repressiyaları nəticəsində öldürülən minlərlə vətəndaşın, eləcə də davam edən zorakılıq və edamların unudulmadığını vurğulayıb.

Bu açıqlama Əraqçinin Fransa prezidenti Emmanuel Makronun ölkədəki etirazlarla bağlı mövqeyinə və sərbəst toplaşmaq azadlığı məsələsinə münasibət bildirməsindən sonra səsləndirilib. Sa’arın reaksiyası İran rəsmilərinin başqa ölkələrdə azadlıqlarla bağlı tənqidləri ilə ölkə daxilindəki vəziyyət arasındakı ziddiyyətə diqqət çəkib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar