SON XƏBƏRLƏR

“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası

2026.10.18, 21:31
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası

Gunaz.tv

“Traxtur” futbol klubu rəsmi bəyanatında bildirib ki, İran çempionatının doqquzuncu turu çərçivəsində “Mələvan”lə keçirilməli olan oyun ev sahibi komandanın azarkeşlərinin futbolçulara qarşı çoxsaylı təhqirləri, eləcə də irqçi və etnik məzmunlu şüarları səbəbindən baş tutmayıb.

Klub stadion tribunalarının əks olunduğu və üzərində ingiliscə “NO TO RACISM” (“İrqçiliyə yox”) şüarı yazılmış görüntü də yayımlayaraq baş verənlərə etirazını ifadə edib.

Bir komandanın futbolçularını təhqir etmək, Azərbaycan türklərinin milli və etnik kimliyini hədəfə almaq idman rəqabətinin hüdudlarını aşan məsələdir. Stadionlar Azərbaycan türklərinin kimliyini alçaltmaq və irqçi şüarları normallaşdırmaq məkanına çevrilməməlidir. Bu cür davranışlar şəffaf şəkildə araşdırılmalı, futbol qurumları isə baş verənlərə görə məsuliyyət daşıyan şəxslərdən hesabat tələb etməlidir.

“Traxtur” klubunun sahibi Məhəmmədrza Zünuzi bildirib ki, İntizam Komitəsi oyunun nəticəsini 3:0 hesabı ilə “Traxtur”un məğlubiyyəti kimi qeydə alarsa, klub İranın yüksək liqasından çəkiləcək və məsələni Beynəlxalq Futbol Federasiyasına (FIFA) və İdman Arbitraj Məhkəməsinə (CAS) çıxaracaq.

Zünuzi kütləvi təhqirlərin qəbuledilməz olduğunu vurğulayaraq, İran Futbol Federasiyasını baş verən hadisəyə ədalətli yanaşmağa çağırıb.

Hadisələrə cavab olaraq “Mələvan” klubu da “İrqçiliyə yox! İkili standartlara yox!” şüarı ilə poster yayımlayıb. Poster klubun futbolçularının dairə şəklində dayandığı görüntü və oxşar məzmunlu ingilisdilli ifadələrlə müşayiət olunub.

 

GunAz TV
R.G

 

“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi

2026.10.18, 21:00

“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar