SON XƏBƏRLƏR

Milad Armunun edam hökmü ilə bağlı sənədi paylaşan jurnalist saxlanıldı

2026.11.26, 08:45
Milad Armunun edam hökmü ilə bağlı sənədi paylaşan jurnalist saxlanıldı

Gunaz.tv

Jurnalist və siyasi fəal Mehdi Mahmudian təhlükəsizlik qüvvələri tərəfindən evində saxlanılıb. Məlumatlara görə, onun elektron cihazları da müsadirə edilib.

Mahmudian bir müddət əvvəl Güneyli gənc Milad Armunun edam hökmünün icrası ilə bağlı bildirişi yayımlamışdı. 

Armunun hökmünün, çərşənbə günü sübh saatlarında Qızılhisar həbsxanasında icra olunması nəzərdə tutulurdu. Lakin vəkili Məhəmmədhüseyn Ağasinin bildirdiyinə görə, edama cəmi bir neçə saat qalmış hökmün icrası müvəqqəti dayandırılıb. Bununla belə, ölüm hökmü qüvvədə qalır.

Mahmudianın yaxın mənbələrinin bildirdiyinə görə, onu hansı qurumun saxladığı, həbsinin səbəbi və harada saxlanıldığı hələlik məlum deyil.

Mahmudian indiyədək dəfələrlə həbs olunub və məhbusların, etirazçıların, eləcə də məhkəmə işləri üzrə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi sahəsində tanınmış jurnalistlərdəndir.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar