SON XƏBƏRLƏR

Mərəndi: “Nüvə doktrinasını dəyişmək İranın hüququdur”

2026.11.24, 17:32
Mərəndi: “Nüvə doktrinasını dəyişmək İranın hüququdur”

Gunaz.tv

Məhəmməd Mərəndi İranın nüvə siyasətində və nüvə silahının hazırlanıb-hazırlanmaması ilə bağlı mövqeyində dəyişiklik etməyin İranın hüququ olduğunu bildirib.

Tehran Universitetinin professoru və İranın nüvə danışıqları üzrə keçmiş nümayəndə heyətinin media müşaviri olan Mərəndi, İranın nüvə texnologiyaları sahəsində yeni mərhələyə qədəm qoyduğunu iddia edib. 

Onun sözlərinə görə, İran nüvə fəaliyyətlərini hətta 50 kvadratmetrlik kiçik bir binada belə davam etdirə biləcək imkanlara malikdir.

Mərəndinin bu açıqlamaları İranın nüvə doktrinasının dəyişdirilməsi məsələsini yenidən gündəmə gətirib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar