SON XƏBƏRLƏR

Azərbaycan şəhərlərində iş qəzalarında üç nəfər həlak oldu

2026.11.24, 11:00
Azərbaycan şəhərlərində iş qəzalarında üç nəfər həlak oldu

Urmiya, Savə və Bukan şəhərlərində baş verən iş qəzalarında üç nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə İLNA məlumat yayıb.

Məlumata görə, Savənin "Sobh Saba" boru istehsalı şirkətində işləyən Məhəmməd Kərimi iş zamanı üzərinə boru düşməsi nəticəsində vəfat edib.

Qərbi Azərbaycan əyalətinin Bukan şəhərindən olan 30 yaşlı Məhəmməd Gülzar isə şəhər ətrafındakı kəndlərdən birində bağ evində oyma işləri apararkən divar uçması nəticəsində həlak olub.

Urmiyanın meyvə soyuducu anbarında baş verən yanğın bir işçinin ölümünə, digərinin isə yaralanmasına səbəb olub.

Qəzanın iş təhlükəsizliyi qaydalarının qorunmaması və işçilərin lazimi avadanlıqlarla təchiz olunmamaları səbəbindən baş verdiyi bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar