SON XƏBƏRLƏR

Almaniyada yüzlərlə məktəb e-poçt vasitəsilə bomba təhdidi alıb

2026.11.23, 20:32
Almaniyada yüzlərlə məktəb e-poçt vasitəsilə bomba təhdidi alıb

Gunaz.tv

Almaniya polisi bildirib ki, ölkənin müxtəlif federal torpaqlarında yüzlərlə məktəb noyabrın 23-də, bazar ertəsi günü bomba qoyulması ilə bağlı təhdid məktubları alıb.

Polisin məlumatına görə, həmin elektron məktublarda məktəb binalarına partlayıcı maddələrin yerləşdirildiyi iddia olunub. 

Təhlükəsizlik orqanları təhdidləri ciddi hesab etməyərək məktəblərə binaları boşaltmadan normal fəaliyyətlərini davam etdirməyi tövsiyə ediblər. Bununla belə, bəzi məktəblər şagirdləri evə göndərib.

Təkcə Baden-Vürtemberq federal torpağında 450-dən çox məktəb bu təhdid məktublarını alıb. 

Hadisələr noyabrın əvvəlində İtaliya, Şimali İrlandiya və Şotlandiyada minlərlə məktəbə göndərilmiş oxşar saxta bomba təhdidlərinin ardınca baş verib. Aparılan yoxlamalar zamanı həmin halların heç birində partlayıcı maddə aşkarlanmayıb.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar