SON XƏBƏRLƏR

İranın dövlət televiziyası etirazlardan sonra Xəzər dənizinin adını dəyişmək cəhdindən geri çəkildi

2026.11.23, 11:10
İranın dövlət televiziyası etirazlardan sonra Xəzər dənizinin adını dəyişmək cəhdindən geri çəkildi

Gunaz.tv

İranın dövlət televiziyası son bir ay ərzində hava proqnozu proqramlarında “Xəzər dənizi” adını “Kaspiyən dənizi” ilə əvəz etməyə çalışıb. Lakin geniş etirazlar və müraciətlərdən sonra yenidən “Xəzər dənizi” adından istifadə etməyə başlayıb.

Bununla belə, bu addımın adın dəyişdirilməsi cəhdindən tamamilə imtina edilməsi, yoxsa etirazların səngiməsi üçün müvəqqəti geri çəkilmə olduğu hələ məlum deyil.

“Xəzər” adının tarixi kökləri var. Azərbaycan Coğrafiya Cəmiyyətinin məlumatına görə, Xəzər dənizi adını V–X əsrlərdə onun şimal-qərb sahillərində məskunlaşmış türkdilli xəzər xalqından alıb. Xəzərlər həmin dövrdə Şimali Qafqazda və Xəzər ətrafındakı ərazilərdə mühüm siyasi və hərbi nüfuza malik olublar. Onların yaratdığı Xəzər xaqanlığı orta əsrlərdə bölgənin aparıcı dövlətlərindən biri olub.

Azərbaycanın rəsmi “Azerbaijan.az” portalında da Xəzər adının V–X əsrlərdə dənizin şimal-qərb sahillərində yaşamış türkdilli xəzərlərlə bağlı olduğu qeyd edilir. 

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar