SON XƏBƏRLƏR

Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır

2026.11.20, 18:33
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır

Gunaz.tv

Britaniyanın Fərford aviabazasına hücum planına rəhbərlik etməkdə ittiham olunan Məhəmmədbaqer Səd Davud əs-Sədi Nyu-Yorkda keçirilən məhkəmə iclasında ərəb dilində qışqıraraq dəfələrlə məhkəmə prosesini pozub və «Biz Qasım Süleymaninin ordusuyuq» deyib. O, terror fəaliyyəti ilə bağlı ittihamları rədd edib.

«The Telegraph» qəzetinin məlumatına görə, əs-Sədi Manhetten federal məhkəməsində həbsxana geyimində olarkən yerindən qalxaraq ərəb dilində qışqırıb və iclasın gedişinə dəfələrlə mane olub. O, həmçinin «Ölkəmiz İran və ali rəhbərimiz [Müctəba] Xamenei ilə biz Qasım Süleymaninin ordusuyuq» deyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş Qüds qüvvələrinin komandanı Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ-ın Bağdad hava limanına endirdiyi zərbə nəticəsində öldürülüb. «The Telegraph» əs-Sədini Süleymaninin dəstəklədiyi şəxslərdən biri kimi təqdim edib və onların birlikdə çəkilmiş fotolarının FTB-nin sənədlərində yer aldığını yazıb.

ABŞ prokurorlarının iddiasına görə, əs-Sədi həbsxanadan ailə üzvləri ilə telefon danışıqları zamanı 27 sentyabr 2026-cı ildə Britaniyanın Fərford aviabazasına hücum planını əlaqələndirmək üçün şifrəli ifadələrdən istifadə edib.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar