SON XƏBƏRLƏR

İlam əyalətində etirazçıların həbsi davam edir

2026.11.20, 09:36
İlam əyalətində etirazçıların həbsi davam edir

İranın İlam əyalətinin Abdanan şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyasında iştirak edən daha iki nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlar Dehloran Petrokimya Şirkətinin işçilərinin daşıyan avtobus qəzası nəticəsində 13 nəfərin ölümündən sonra aksiya keçiriblər.

Bundan əvvəl isə etiraz aksiyasında iştirak edən altı nəfər saxlanılaraq istintaq təcridxanasına köçürülmüşdu.

Etirazçılar yolların pis vəziyyətinə, infrastrukturun olmamasına və pis idarəetməyə etiraz edərək hökumət rəsmilərinə qarşı şüarlar səsləndiriblər. Şəhər bazarının bir hissəsi də etirazçılar və qurbanların ailələri ilə həmrəylik nümayiş etdirərək tətilə başlayıb.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar