SON XƏBƏRLƏR

BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi

2026.11.19, 12:26
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsi 18 noyabr 2026-cı il tarixində “İran İslam Respublikasında insan hüquqlarının vəziyyəti” adlı qətnaməni 76 lehinə, 27 əleyhinə və 64 bitərəf səslə qəbul edib.

Gunaz.tv

Bu haqda beynəlxalq qurum məlumat yayıb.

Kanada tərəfindən təqdim olunan və 46 ölkənin həmmüəlliflik etdiyi sənəddə İranda insan hüquqlarının pozulması halları, o cümlədən qadınların, etnik və dini azlıqların hüquqlarının pozulması, edamların tətbiqi və silahlı münaqişənin humanitar nəticələri ilə bağlı narahatlıq ifadə olunub.

Sənədi Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İspaniya, İsveç, Ukrayna və digər ölkələr dəstəkləyib.

 İranla yanaşı Rusiya, Çin, Kuba, Şimali Koreya, Hindistan, İndoneziya, İraq, Pakistan və Vyetnam qətnamənin əleyhinə səs verib.

ABŞ, İsrail, Misir, Livan və İordaniya səsvermədə bitərəf mövqe tutub.

ABŞ nümayəndəsi sənədin məzmununun Tehranın hərəkətlərinə görə məsuliyyət daşıması baxımından kifayət qədər irəli getmədiyini əsas gətirərək bitərəf qaldığını açıqlayıb. Pakistan nümayəndəliyi isə ölkəyə xas mandatların razılıq olmadan tətbiq edilməsinin seçicilik yaratdığını və dialoqa üstünlük verilməli olduğunu bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar