SON XƏBƏRLƏR

CENTCOM: ABŞ-ın dəniz blokadasını pozan gəmilər ələ keçiriləcək

2026.11.19, 19:38
CENTCOM: ABŞ-ın dəniz blokadasını pozan gəmilər ələ keçiriləcək

Gunaz.tv

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı tətbiq edilən dəniz blokadasını pozan gəmilərlə bağlı yeni xəbərdarlıq yayıb.

Bildirilib ki, blokadaya alınmış gəmilərdən yük qəbul edən, yaxud İranın liman və sahillərindən yüklənmiş malları daşıyan gəmilər, İranın ərazi sularına daxil olmasalar belə, blokadanı pozmuş hesab ediləcəklər.

CENTCOM-un açıqlamasına görə, ABŞ qüvvələri belə gəmiləri dayandırmaq, yoxlamaq, marşrutlarını dəyişdirmək və ya ələ keçirmək səlahiyyətinə malikdir. ABŞ hərbçilərinin qanuni əmrlərinə tabe olmayan gəmilərə qarşı hərbi güc tətbiq oluna biləcəyi də bildirilib.

Bu addım Donald Tramp administrasiyasının İran üzərində dəniz blokadasını və iqtisadi təzyiq siyasətini gücləndirməsi çərçivəsində atılıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar