SON XƏBƏRLƏR

Bəndər-Abbasda ardıcıl partlayışlar olub

2026.11.19, 09:49
Bəndər-Abbasda ardıcıl partlayışlar olub

İranın Hörmüzqan əyalətinin mərkəzi olan Bəndər-Abbas şəhərində ardıcıl partlayışlar baş verib, şəhər üzərində qara tüstü buludu qalxır.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Əyalət valisinin müavini Əhməd Nəfisi bildirib ki, partlayış səsləri Amerika hücumlarından sonra qalmış partlamamış hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatı ilə bağlıdır.

Rəsmilər bildirirlər ki, əməliyyat məsul qurumların nəzarəti altında həyata keçirilir və sakinlərin narahatlığına heç bir əsas yoxdur.

Qeyri-rəsmi məlumat və sosial şəbəkə paylaşımlarında isə partlayışların hərbi və raket buraxılış obyektlərinə hava hücumları ilə əlaqəli olduğu iddia olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar