SON XƏBƏRLƏR

Polis Bəndər Abbasda mülki şəxsləri güllələdi

2026.11.14, 13:30
Polis Bəndər Abbasda mülki şəxsləri güllələdi

İranın Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində polis qüvvələri minik avtomobilinə atəş açıblar.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Atəş nəticəsində qəza baş verib və iki avtomobilin yanması nəticəsində bir neçə nəfər həlak olub.

Həmin şəxslərin pərakəndə yanacaq satışı ilə məşğul olduqlarına görə təqib edildikləri bildirilib.

Təsdqilənməmiş məlumatlara görə, hadisə nəticəsində dörd nəfər həyatını itirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar