SON XƏBƏRLƏR

İranda karbamid gübrəsinin qiyməti artıb; kənd təsərrüfatı məhsullarının istehsal xərcləri yüksəlir

2026.11.14, 19:32
İranda karbamid gübrəsinin qiyməti artıb; kənd təsərrüfatı məhsullarının istehsal xərcləri yüksəlir

Gunaz.tv

Dezfıl Kənd Təsərrüfatı Palatasının rəhbəri Bəhmən Dərekvəndi İranda karbamid gübrəsinin qiymətinin yenidən artdığını bildirərək, bu kənd təsərrüfatı vasitəsinin qiymətinin cari ilin tir ayında qeydə alınan qiymətlərlə müqayisədə iki dəfə yüksəldiyini açıqlayıb.

Dərekvəndinin sözlərinə görə, karbamid gübrəsinin bir kisəsinin qiyməti tir ayında da 125 faizdən çox artaraq 687 min 695 tüməndən 1 milyon 552 min 477 tümənə çatmışdı.

Həmçinin, 2024-cü ildə təxminən 195 min tümənə satılan 50 kiloqramlıq karbamid gübrəsi kisəsinin qiyməti hazırda 3 milyon 500 min tümənə yüksəlib. Bu isə qiymətin təxminən 18 dəfə artması deməkdir.

Karbamid gübrəsi kənd təsərrüfatında istifadə olunan ən mühüm istehsal vasitələrindən biridir. Onun qiymətinin artması istehsal xərclərinin və nəticə etibarilə kənd təsərrüfatı məhsullarının qiymətlərinin birbaşa yüksəlməsinə səbəb ola bilər.

Kənd təsərrüfatı sahəsinin fəalları güzəştli valyutanın ləğvini, eləcə də 40 günlük müharibədən sonra yaranan iqtisadi təzyiqlər səbəbindən gübrə və xammal idxalında baş verən problemləri bu qiymət artımının əsas səbəbləri kimi göstərirlər.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar