SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurası İranın dəstəklədiyi husilərə qarşı sanksiyaları uzadıb

2026.11.13, 11:16
BMT Təhlükəsizlik Şurası İranın dəstəklədiyi husilərə qarşı sanksiyaları uzadıb

BMT Təhlükəsizlik Şurası Britaniyanın hazırladığı qətnaməni yekdilliklə qəbul edərək, Yəməndə İranın dəstəklədiyi husilərə qarşı sanksiyaların müddətini uzadıb və onların Səudiyyə Ərəbistanına, eləcə də regionun digər ərazilərinə qarşı artan hücumlarını pisləyib.

Gunaz.tv

Qətnaməyə əsasən, husilərin sanksiya siyahısına daxil edilmiş nümayəndələrinə qarşı tətbiq olunan səfər qadağaları və aktivlərin dondurulması tədbirləri 2027-ci il noyabrın 14-dək uzadılıb. Bundan əlavə, silah embarqosu qüvvədə saxlanılıb və silah istehsalında istifadə olunan komponentlərə qarşı nəzarət tədbirləri gücləndirilib.

Britaniyanın BMT-dəki səfiri Sara Makintoş bildirib: “Bugünkü qətnamənin konsensus əsasında qəbul edilməsi Şuranın husilərin Yəməndə, Səudiyyə Ərəbistanı Krallığına və daha geniş regiona qarşı məsuliyyətsiz hücumlarına qətiyyətli cavab vermək əzmində olduğunu nümayiş etdirir”.

Qətnamədə həmçinin hərbi gərginliyin dayandırılmasına çağırış edilib və Yəməndə sülhə nail olmaq üçün dialoq və barışığın yeganə real yol olduğu vurğulanıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar