SON XƏBƏRLƏR

Tramp: “Elə indi hücum edə bilərik; razılaşmadan imtina etmişik”

2026.11.13, 19:30
Tramp: “Elə indi hücum edə bilərik; razılaşmadan imtina etmişik”

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp cümə axşamı “Salem News” telekanalına müsahibəsində İrana qarşı hərbi hücumların yenidən başlanması ehtimalını gündəmə gətirərək, “elə indi” belə bir əmrlə çıxış edə biləcəyini bildirib.

İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd edib-etməyəcəyi barədə suala cavabında Tramp “Heç bir tərəddüdüm olmayacaq” deyib. O, İran hakimiyyətinin öz prezidentlik müddətinin sonunadək hakimiyyətdə qalmasını da baş verəcəyi təqdirdə “məğlubiyyət” kimi qiymətləndirib.

Bu açıqlamalar Hörmüzqan əyalətinin Sirik limanında partlayışların baş verdiyinə dair xəbərlər yayıldıqdan sonra səsləndirilib. İranın rəsmi xəbər agentliyi də bölgədə bəzi hərbi hədəflərin vurulduğunu bildirmişdi.

Tramp bundan bir neçə saat əvvəl müharibənin başa çatdırılması üçün ABŞ-ın artıq İranla razılaşmaya ehtiyac duymadığını bəyan etmişdi.

ABŞ, həmçinin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməyi davam etdirir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar