SON XƏBƏRLƏR

Təbriz Universiteti və İrandakı digər 43 universitetin reytinq mövqeyi geriləyib

2026.11.08, 13:01
Təbriz Universiteti və İrandakı digər 43 universitetin reytinq mövqeyi geriləyib

Gunaz.tv

QS beynəlxalq reytinq agentliyinin 2027-ci il üçün açıqladığı son Asiya universitetləri reytinqində İranın heç bir universiteti Asiyanın 100 ən yaxşı universiteti sırasına daxil ola bilməyib. İran universitetləri arasında ilk yerdə olan Tehran Universiteti də 21 pillə geriləyərək 114-cü sırada qərarlaşıb.

“Fərhixteqan” qəzetinin araşdırmasına görə, bu reytinqin ardıcıl iki buraxılışında yer alan 47 İran universitetindən 44-nün mövqeyi aşağı düşüb. Təbriz Universiteti də 42 pillə geriləyərək reytinqdə ciddi geriləmə yaşayan universitetlər arasında yer alıb.

İranın ilk 10 universiteti arasında Şərif Texnologiya Universiteti 6 pillə geriləyərək 130-cu, Əmir Kəbir Texnologiya Universiteti 22 pillə geriləyərək 191-ci, İran Elm və Texnologiya Universiteti isə 20 pillə geriləyərək 192-ci sırada qərarlaşıb. Şəhid Beheşti Universiteti də 18 pillə geriləyərək 232-ci yerə düşüb.

Bundan başqa, İsfahan Texnologiya Universiteti 32, Şiraz Universiteti 62, Xacə Nəsirəddin Tusi Texnologiya Universiteti isə 56 pillə geriləyib. Babol Nüşirvani Texnologiya Universiteti əvvəlki reytinqdəki 355-ci mövqeyini qoruyub.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar