SON XƏBƏRLƏR

Tehranda bir xəstəxanada ürək transplantasiyası gözləyən 130 uşaq həyatını itirib

2026.11.06, 22:39
Tehranda bir xəstəxanada ürək transplantasiyası gözləyən 130 uşaq həyatını itirib

Gunaz.tv

İranın Orqan Donorluğu Assosiasiyasının rəhbəri ölkədə orqan bağışlanması hallarının azaldığını və transplantasiya gözləyən xəstələr arasında ölüm hallarının artdığını bildirib.

Assosiasiyanın rəhbəri Kətayun Nəcəfizadə İLNA xəbər agentliyinə açıqlamasında bildirib ki, ötən il Tehrandakı Rəcai xəstəxanasında ürək transplantasiyası gözləyən 130 uşaq donor ürəyi tapılmadığı üçün həyatını itirib. Halbuki həmin müddətdə xəstəxanada uşaqlara cəmi 30 ürək transplantasiyası əməliyyatı aparılıb.

Onun sözlərinə görə, İranda orqan bağışlanması göstəricisi COVID-19 pandemiyasından sonra azalıb və hələ də pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb.

Nəcəfizadə orqan bağışlanması ilə bağlı ictimai məlumatlılığın artırılması və beyin ölümü keçirən şəxslərin transplantasiya üçün yararlı orqanlarından daha səmərəli istifadə məqsədilə Səhiyyə Nazirliyi ilə birgə milli proqramın hazırlanması barədə də məlumat verib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar