SON XƏBƏRLƏR

İran polisi daha iki mülki şəxsi güllələdi

2026.11.06, 09:56
İran polisi daha iki mülki şəxsi güllələdi

İran polisi Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin Xeyrabad bölgəsində iki mülki şəxsin olduğu avtomobilə atəş açıb.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Polislərin əvvəlcədən xəbərdarlıq etmədən açdıqları atəş nəticəsində 29 yaşlı Fərhad Əzizi həlak olub, Qəyyum Rəisi adlı şəxs isə yaralanıb.

Hadisənin təfərrüatı barədə əlavə açıqlama verilməyib.

Qeyd olunub ki, Kəşfiyyat Nazirliyinin yerli məmurları bir neçə il əvvəl həlak olan Fərhad Əzizini həbs edib və bir neçə həftə dindirdikdən sonra girov qarşılığında sərbəst buraxmışdılar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar