SON XƏBƏRLƏR

Traktor klubu “Mələvan”la oyunun işi üzrə FİFA və CAS-a müraciət edəcək

2026.11.05, 17:31
Traktor klubu “Mələvan”la oyunun işi üzrə FİFA və CAS-a müraciət edəcək

Gunaz.tv

“Traktor” klubunun baş direktoru Höccət Kərimi bildirib ki, “Mələvan”la keçirilən oyunda baş verənlərlə bağlı ədalətsiz qərar çıxarılacağı təqdirdə, klub məsələni FİFA və İdman Arbitraj Məhkəməsi (CAS) da daxil olmaqla, ölkədaxili və beynəlxalq hüquqi instansiyalar vasitəsilə izləyəcək.

Kərimi “Traktor”un futbolçularına qarşı etnik və ayrı-seçkilik xarakterli şüarların səsləndirildiyini əks etdirən videoların yayımlandığına diqqət çəkərək, hakim və oyunun nümayəndəsinin hesabatlarının diqqətlə araşdırılmasını, həmçinin məsul şəxslərin bu hadisələrə necə reaksiya verdiyinin müəyyənləşdirilməsini tələb edib.

O, klubun Futbol Federasiyası, Liqa Təşkilatı və məsul şəxslər barəsində şikayət hazırladığını da bildirib. Kəriminin sözlərinə görə, “Traktor” heç bir xüsusi imtiyaz tələb etmir, yalnız qanunların tətbiq olunmasını və təqdim edilən sübutların ədalətli şəkildə araşdırılmasını istəyir.

Klubun baş direktoru əlavə edib ki, araşdırmalar yalnız “Məlvan”la oyunla məhdudlaşmayacaq. “Traktor” əvvəlki illərdə baş vermiş oxşar hadisələrlə bağlı topladığı sənədləri də futbolun hüquqi instansiyalarına təqdim edəcək.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar