SON XƏBƏRLƏR

İranda daha bir etirazçı edam ediləcək

2026.11.05, 15:53
İranda daha bir etirazçı edam ediləcək

Məşhəd şəhərinin Vəkilabad həbsxanasında saxlanılan Mətin Şəbani edam cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məşhədin İnqilab Məhkəməsinin 5-ci bölməsi yanvar etirazları zamanı saxlanılan məhbusu "təxribat məqsədilə müqəddəs məkanlara daxil olmaq", "ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq" və "məscidi yandırmaq"da günahlandırıb.

Qeyd edək ki, İranda 2026-cı ilin əvvəlində milli valyutanın devalvasiyası, ağır sosial-iqtisadi şərait və rejim əleyhinə başlanan yanvar etirazları təhlükəsizlik qüvvələrinin sərt repressiyaları və komendant saatı ilə yatırılsa da, proseslə bağlı kütləvi həbslər və edam hökmləri hələ də davam edir.

İnsan haqları təşkilatlarının məlumatlarına görə, bu müddət ərzində 40-a yaxın etirazçı edam edilib, 100-dən çox etirazı barədə isə ölüm hökmü çıxarılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar