SON XƏBƏRLƏR

Həmədan və Qəzvində iş qəzaları- Yeddi işçi xəsarət aldı

2026.11.05, 11:53
Həmədan və Qəzvində iş qəzaları- Yeddi işçi xəsarət aldı

Ötən gün Qəzvinin Lia Sənaye Parkında yerləşən qapı və pəncərə istehsalçısı olan "İstadər" şirkətində  yanğın olub.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Baş verən yanğını nəticəsində xəsarət alan beş işçi xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbləri araşdırılır. 

Bununla yanaşı Həmədan əyalətinin Bahar şəhərində də iş qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Məlumata görə, qida soyuducu anbarında çalışan iki işçi 10 tonluq çəndən sızan ammonyak qazından zəhərlənib.

Qəzaların iş təhlükəsizliyi qaydalarının qorunmaması və işçilərin lazimi avadanlıqlarla təchiz olunmamaları səbəbindən baş verdiyi bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar