SON XƏBƏRLƏR

Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios

2026.11.05, 11:15
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios

ABŞ Prezidenti Donald Tramp İranla bağlı çətin seçim qarşısındadır: hərbi zərbələri bərpa etmək, Tehranla razılaşma əldə etməyə çalışmaq, yoxsa iqtisadi təzyiqləri davam etdirmək.

Gunaz.tv

Bu barədə “Axios” nəşri məlumat yayıb.

“Axios”un məlumatına görə, vitse-prezident Cey Di Vens İranla razılaşma əldə etməyə çağıran tərəfdə yer alır.

Mənbələrin məlumatına görə isə Trampın hərbi zərbələrin bərpasına meyilli olduğu bildirilir.

ABŞ rəsmiləri “Axios”a bildiriblər ki, hərbçilər İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası üçün hazırlıqları tamamlayırlar. Bu çərçivədə regiona əlavə hərbi qüvvə və vasitələrin yerləşdirilməsi də nəzərdə tutulur.

“Axios”un məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent və digər müşavirlər ABŞ-ın dəniz blokadasının və iqtisadi təzyiq kampaniyasının davam etdirilməsinin, bununla da Tehrana təzyiqin artırılmasının tərəfdarıdırlar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar