SON XƏBƏRLƏR

İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya

2026.11.06, 09:00
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya

Tehran nüvə silahı əldə etməyə hazırlaşır; hərbi cavab zəruridir.

Gunaz.tv

Bunu Almaniya xarici işlər naziri  Yohan David Vadeful deyib.

"Almaniya hökuməti İslam Respublikasına hərbi cavabı təəssüf ki zəruri hesab edir",- nazir əlavə edib. 

Vaddeful İran hökumətinin davranışını digər ölkələrin reaksiya verməsi və özlərini müdafiə etməsi üçün kifayət qədər tutarlı səbəb hesab edib.

O, İslam Respublikasını mövcud münaqişənin səbəbi adlandırıb və Tehranın nüvə silahı əldə etməyə hazırlaşdığını söyləyib. 

Nazirin sözlərinə görə, İran zərərsiz və dostcasına davranmır və bölgədəki İraq şiə milisləri, Hizbullah və Həmas kimi silahlı qrupları dəstəkləyir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar