SON XƏBƏRLƏR

İranda daha bir etirazçı edama məhkum edildi

2026.11.06, 14:23
İranda daha bir etirazçı edama məhkum edildi

Məşhəd şəhərinin İnqilab Məhkəməsinin 5-ci bölməsi Əmir Delşad adlı məhbusu edama məhkum edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Yanvar etirazları zamanı həbs edilən və hazırda Məşhədin Vəkilabad həbsxanasında saxlanılan məhbus "etiraz aksiyalarında fəal iştirak etməklə müxalifət qruplarından birinin xeyrinə təhlükəsizliyi və milli maraqları pozan əməliyyat hərəkətləri etmək"də ittiham olunub.

Delşad bununla yanaşı "ümumi əmlakı dağıtmaq"da da günahlandırılıb.

Bununlada son bir həftə ərzində Məşhəd İnqilab Məhkəməsinin 5-ci bölməsinin edama məhkum etdiyi etirazçıların sayı beşə çatıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar