SON XƏBƏRLƏR

İranda 34 etirazçı edam edilib- mai Sato

2026.10.30, 10:00
İranda 34 etirazçı edam edilib- mai Sato

İran hökuməti yanvar etirazları ilə bağlı həbs olunan 34 nəfəri edam edib və onlardan 5-i ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb.

Gunaz.tv

Bunu BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib.

"Etirazlarda həlak olanların ailələrinə susmaq üçün təzyiqlər davam edir, onlar həqiqəti və məsuliyyəti tələb etdikləri üçün cinayət cəzası və əmlak müsadirəsi ilə hədələnirlər".

BMT-nin Xüsusi Məruzəçisi həmçinin minlərlə insanın təhlükəsizlik ittihamları ilə saxlanıldığını, bir çoxunun naməlum yerlərdə təcrid olunduğunu bildirib.

Sato, etirazçıları müdafiə edən bəzi vəkillərin təhdid edildiklərini, dindirildiklərini və həbs edildiklərini qeyd edib və İranda ədalətli məhkəmə təminatlarının ciddi şəkildə zəiflədiyini söyləyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar