SON XƏBƏRLƏR

Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir

2026.10.25, 16:02
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir

Gunaz.tv

Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı vəkil və siyasi fəal Tahir Nəqəvi İranın Kəşfiyyat Nazirliyinin məcburi etiraf almaq məqsədilə təzyiqlərini davam etdirdiyini bildirib.

Hüquq müdafiəçisi Sina Yusifi Nəqəvinin məktubuna istinadən bildirib ki, siyasi və vətəndaş fəallarına qarşı təhdidlər, təzyiqlər və etiraf almaq cəhdləri davam edir. 

Nəqəvi məktubunda qanunsuz həbsləri, ailə üzvlərinin təhdid edilməsini və məhbusların televiziya qarşısında etirafa məcbur olunmasını tənqid edib. 

O, prezident Məsud Pezeşkiana müraciət edərək təhlükəsizlik qurumlarının qanunsuz hərəkətlərinin dayandırılmasını və siyasi məhbusların azad edilməsini tələb edib.

2024-cü ilin fevralından həbsdə olan Nəqəvi beşillik həbs cəzasını çəkir. Bildirilir ki, ciddi sağlamlıq problemlərinə baxmayaraq, onun xəstəxanaya köçürülməsinə və müalicəsinə maneələr yaradılır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar