SON XƏBƏRLƏR

Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər

2026.10.25, 13:30
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər

Gunaz.tv

Təbriz meriyasının on inzibati ərazi üzrə sürücülərinin Şəhər Şurası qarşısında keçirdiyi etiraz aksiyasından təxminən iki ay keçsə də, onların problemlərinin həlli istiqamətində hələ də təsirli addım atılmayıb.

GunazTV-nin məlumatına görə, etirazçı işçilər xidmət şirkəti “Səhənd Tələşgəran”ın onlara dəfələrlə vəd verdiyini, lakin bu vədlərin indiyədək nəticəsiz qaldığını bildirirlər.

İşçilərin sözlərinə görə, şirkətin idarə heyətinin üzvü Səfəri sürücüləri və maşın-avadanlıq bölməsinin əməkdaşlarını işdən çıxarmaqla hədələyib.

Sürücülərin əsas tələbləri maaşların ödənilməsi, sığorta məsələsinin həlli və əmək statuslarının müəyyənləşdirilməsidir.

Onlar Təbriz meriyasını və Şəhər Şurasını vəziyyətə müdaxilə etməyə çağırır, “Səhənd Tələşgəran” şirkətindən isə səsləndirilən iddialara cavab verməsini tələb edirlər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar