SON XƏBƏRLƏR

Urmiya gölünün son vəziyyəti açıqlandı

2026.10.23, 10:06
Urmiya gölünün son vəziyyəti açıqlandı

Hazırda Urmiya gölündə suyun həcmi 2 milyard 550 milyon kubmetrə çatıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə çoxdur.

Gunaz.tv

Bu haqda Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkəti məlumat yayıb.

Məlumata görə, suyun səviyyəsi 1270,59 metrə, su sahəsi isə 1946 kvadrat kilometrə yüksəlib.

Bildirilib ki, kifayət qədər yağıntı və bənd sularının axınının idarə olunması əvvəlki illərin kəskin azalmasını kompensasiya edib.

Qeyd edək ki, Urmiya gölünün maksimum ekoloji (tarixi ideal) su tutumu təxminən 30–32 milyard kubmetr, sahəsi isə təxminən 5000–6000 kvadratkilometr olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar