SON XƏBƏRLƏR

Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır

2026.10.16, 21:38
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, Bloomberg-in yazdığına əsasən, Pentaqon rəsmiləri İranın cənubundakı Minab şəhərində qızlar üçün nəzərdə tutulan Şəcərə Təyyibə ibtidai məktəbinə endirilən hava zərbəsi ilə bağlı araşdırmanın yekun hesabatını ABŞ-da aralıq seçkilərdən sonraya qədər açıqlamamağı planlaşdırırlar.

Müharibənin ilk günü baş verən hücum nəticəsində əksəriyyəti şagird və müəllimlər olmaqla 150-dən çox insan həlak olub. Bloomberg-in araşdırmasına görə, yanlış məlumatlar, köhnə peyk görüntüləri və süni intellektə həddindən artıq güvənilməsi hücuma səbəb olan amillər arasında olub.

ABŞ rəsmiləri araşdırmanın demək olar ki, başa çatdığını bildirsələr də, yekun hesabat hələ dərc edilməyib. Hesabatın gecikdirilməsi ehtimalı ABŞ qanunvericilərinin şəffaflıq və məsuliyyət tələblərini gücləndirib. Konqres isə mülki şəxslərin zərər gördüyü hadisələrlə bağlı hesabatların açıqlanmasını məcburi edəcək qaydaları nəzərdən keçirir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar