SON XƏBƏRLƏR

Netanyahu və Ayzenkot İsraildə milli birlik hökuməti və birgə idarəçilik üçün danışıqlara hazırlaşırlar

2026.11.29, 09:50
Netanyahu və Ayzenkot İsraildə milli birlik hökuməti və birgə idarəçilik üçün danışıqlara hazırlaşırlar

Gunaz.tv

İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail ordusunun keçmiş Baş Qərargah rəisi, “Yaşar” partiyasının lideri Qadi Ayzenkot milli birlik hökumətinin qurulması və ölkənin növbəli baş nazirlik modeli əsasında birgə idarə olunması ilə bağlı danışıqlar mərhələsinə yaxınlaşıblar.

Netanyahu şənbə günü, növbəli baş nazirlik təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb. Təklifə əsasən, milli birlik hökumətinin ilk dövründə baş nazir vəzifəsini Ayzenkot icra edəcək.

Ayzenkot isə bu təklifə cavab olaraq Netanyahu və onun danışıqlar qrupunu təcili danışıqlara başlamaq üçün Hertseliyada öz danışıqlar qrupunun yerləşdiyi məkana dəvət edib.

Ayzenkot vurğulayıb ki, Netanyahu təklifində ciddidirsə, elə həmin axşam danışıqlarda iştirak etməlidir.

Bununla belə, milli birlik hökumətinin yaradılması ilə bağlı hələlik yekun razılaşma əldə olunmayıb. Hökumətin qurulması və baş nazirlik müddətinin tərəflər arasında necə bölüşdürüləcəyi danışıqların nəticəsindən asılı olacaq.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar