SON XƏBƏRLƏR

ABŞ senatoru: İran, Qətər və Çin universitetlərə maliyyə təsiri ilə müdaxilə edirlər

2026.11.29, 08:00
ABŞ senatoru: İran, Qətər və Çin universitetlərə maliyyə təsiri ilə müdaxilə edirlər

Gunaz.tv

ABŞ-ın respublikaçı senatoru Ted Kruz “Verdict” podkastında İran, Qətər və Çinin milyardlarla dollar xərcləyərək ABŞ universitetlərində söz azadlığına təsir göstərməyə və dövlət təbliğatlarını yaymağa çalışdıqlarını bildirib.

Qətərin roluna toxunan Kruz, bu ölkənin ABŞ universitetlərində ifadələr və çıxışlar üzərində bir növ “veto hüququ” əldə etməyə çalışdığını deyib. O, İranın da oxşar üsullardan istifadə etdiyini, Çinin isə bu fəaliyyətləri daha geniş miqyasda həyata keçirdiyini bildirib.

Senator bu üç ölkənin ABŞ-ın açıq və demokratik cəmiyyətindən sui-istifadə edərək böyük maliyyə vəsaitləri ilə ölkəyə təsir göstərməyə çalışdıqlarını vurğulayıb.

Kruz bu fəaliyyətləri ABŞ-a qarşı mübarizə üsulu kimi xarakterizə edərək, İran, Qətər və Çinin hər üçünün bu yanaşmadan istifadə etdiyini bildirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar