SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti: İran hökuməti öldürülən minlərlə etirazçının xatirəsini silməyə çalışır

2026.11.28, 12:39
ABŞ Dövlət Departamenti: İran hökuməti öldürülən minlərlə etirazçının xatirəsini silməyə çalışır

İran hakimiyyəti yanvar etirazları zamanı öldürülən minlərlə insanın cəsədini adsız qəbirlərdə dəfn etməklə və ailələrinin yas mərasimi keçirməsinə mane olmaqla onların xatirəsini silməyə çalışır.

Gunaz.tv

Departamentin farsdilli X hesabında yayımlanan açıqlamada deyilir:

“İran rejimi yanvar etirazları zamanı qətlə yetirdiyi minlərlə iranlının — kişi, qadın və uşaqların — adlarını tarixdən silməyə çalışıb”.

Departament həmçinin Tehran Şərif Texnologiya Universitetinin tələbələrini yanvar etirazlarının qurbanlarını yad etdiklərinə görə təqdir edib.

Bildirilib ki, universitetin tələbələri öz təhlükəsizliklərini riskə atmalarına və universitetdən xaric olunma ehtimalına baxmayaraq, etirazlar zamanı öldürülən təxminən 40 qadının 200 portretini universitetin müxtəlif ərazilərində nümayiş etdiriblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar