SON XƏBƏRLƏR

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib

2026.11.27, 10:19
İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın obyektlərinə zərbələr endirib

İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus hərbi obyektlərə zərbələr endirib.

Gunaz.tv

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələrin hədəfi “Hizbullah”ın “Radvan” xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi təlim düşərgəsindəki onlarla raket və buraxılış qurğusu olub.

İsrail ordusunun məlumatına görə, sözügedən obyekt Livanın cənubundakı Eyn ət-Tina yaşayış məntəqəsi ərazisində yerləşir.

İsrail tərəfi raketlərin ölkəyə qarşı hücumlarda istifadə üçün nəzərdə tutulduğunu və zərbələrin təhlükənin aradan qaldırılması məqsədilə endirildiyini bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar