SON XƏBƏRLƏR

İranda dolların sərbəst bazarda qiyməti ardıcıl rekordlar qırır

2026.11.26, 17:35
İranda dolların sərbəst bazarda qiyməti ardıcıl rekordlar qırır

Gunaz.tv

İranda 2026-cı il noyabrın 26-da, cümə axşamı günü ticarətin başlanğıcında ABŞ dollarının məzənnəsi 292 min 890 tümənə yüksəlib.

Bu barədə “Fəraru” xəbər saytı məlumat yayıb.

Noyabrın 25-də, çərşənbə günü isə dolların Tehran sərbəst bazarında qiyməti yeni rekorda imza ataraq Firdovsi küçəsində 290 min 500 tümənə çatmışdı.

Maliyyə bazarları üzrə ekspert və analitik Hatef Şamlou çərşənbə günü “Ticaret News” nəşrinə açıqlamasında ABŞ dollarının Tehran sərbəst bazarında qiymətinin 320 min tümənə yüksələcəyini proqnozlaşdırıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar