SON XƏBƏRLƏR

Tahir Nəqəvinin ailəsi ilə görüşünə qadağa qoyulub

2026.11.26, 16:03
Tahir Nəqəvinin ailəsi ilə görüşünə qadağa qoyulub

Tehranın Evin həbsxanasında saxlanılan hüquqşünas və milli fəal Tahir Nəqəvinin ailə üzvləri ilə görüşünə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə insan halqarı təşkilatları məlumat yayıb.

Qadağanın məhbusun həbsxanadakı təzyiqləri ifşa edən məktubunun yayılmasına görə cəza tədbiri olaraq edildiyi bildirilib.

Tahir Nəqəvi 6 fevral 2024-cü ildə həsb edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

"Milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq"da günahlandırılan fəal 6 il həbs cəzasına məhkum edilib.

Bununla yanaşı hüquqşünasın iki il müddətinə ölkədən çıxışına qadağa qoyulması, iki il müddətinə sosial hüquqlardan və siyasi partiyalara üzvlükdən məhrum edilməsi barədə də qərar çıxarılıb.

GünAZTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar