SON XƏBƏRLƏR

Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir

2026.11.20, 21:32
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp noyabrın 20-də, cümə günü Çindən qayıtdıqdan sonra Ağ Evdə keçirdiyi mətbuat konfransında İranın Vaşinqtonla razılaşmaq istədiyini, lakin Tehranın təklif etdiyi şərtlərin onun üçün qəbuledilməz olduğunu bildirib.

ABŞ-da benzinin qiyməti ilə bağlı suala cavab verən Tramp bu qiymətin müəyyən dərəcədə Vaşinqtonun İranla problemləri necə həll edəcəyindən asılı olduğunu deyib.

ABŞ-ın real razılaşma əldə etməyə çalışdığını vurğulayan Tramp bildirib: “Onlar razılaşmaq istəyirlər, lakin mənim üçün məqbul olan bir razılaşmaya getmək istəmirlər. Biz saxta deyil, real razılaşma istəyirik”.

ABŞ prezidenti daha sonra İranı sərt tənqid edərək deyib: “İnsanlar 47 ildən danışırlar, amma 51 ildir. Onlar 51 ildir insanları aldadırlar”.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar