SON XƏBƏRLƏR

Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib

2026.11.20, 12:22
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib

Ağdamda Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər təşkil olunub.

Gunaz.tv

Rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, rayon sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşlarının qatıldığı silsilə tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb.

Gün ərzində İmarət Kompleksində təşkil olunacaq yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim ediləcək. Tədbirin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını ehtiva edən Zəfər tarixinin yaşadılması, milli-mənəvi dəyərlərin təbliğidir.

Qeyd edək 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında qalan hissəsi döyüş əməliyyatları aparılmadan Azərbaycana qaytarıldı.

Bu hadisədən altı il ötür və 20 noyabr hər il Ağdam Şəhəri Günü kimi qeyd edilir.

1993-cü il iyulun 23-də işğal olunmuş rayon 27 ildən artıq müddətdən sonra geri qaytarıldı. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev Ağdamda Azərbaycanın Dövlət Bayrağını ucaltdı və rayonun bərpa-quruculuq mərhələsi başlandı.

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar