SON XƏBƏRLƏR

ABŞ və üç Avropa ölkəsi İrandan nüvə obyektlərində tam yoxlamaların bərpasını tələb etdi

2026.11.19, 18:35
ABŞ və üç Avropa ölkəsi İrandan nüvə obyektlərində tam yoxlamaların bərpasını tələb etdi

Gunaz.tv

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının iclasında yaydıqları birgə bəyanatda İrandan agentliklə dərhal əməkdaşlıq etməyi və nüvə obyektlərində tam yoxlamaların bərpası üçün zəruri addımlar atmağı tələb ediblər.

Noyabrın 19-da Fransa nümayəndəsinin oxuduğu bəyanatda bildirilib ki, əvvəlki iclasdan bəri İranın BAEA ilə əməkdaşlığında ciddi irəliləyiş olmayıb. Agentlik İranın bəyan edilmiş nüvə obyektləri və materiallarının vəziyyəti barədə məlumat almayıb, həmçinin tələb etdiyi obyektlərə giriş əldə edə bilməyib.

Dörd ölkə yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Bəyanatda qeyd olunub ki, agentlik İranın nüvə materiallarının yalnız dinc məqsədlər üçün istifadə edildiyini təsdiqləyə bilmir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar