SON XƏBƏRLƏR

Tramp gələn həftə Çində keçiriləcək üçtərəfli görüşdə Putin və Si Cinpinlə İran məsələsini müzakirə edəcək

2026.11.14, 10:23
Tramp gələn həftə Çində keçiriləcək üçtərəfli görüşdə Putin və Si Cinpinlə İran məsələsini müzakirə edəcək

ABŞ Prezidenti Donald Trampın gələn həftə Çində Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə keçirəcəyi üçtərəfli görüşdə İran məsələsini müzakirə edəcəyi gözlənilir.

Gunaz.tv

Bu barədə “ABC News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməsi planlaşdırılan görüş üç liderin ilk dəfə bir araya gəldiyi üçtərəfli toplantı olacaq.

ABŞ rəsmilərinin bildirdiyinə görə, danışıqların əsas mövzusu nüvə silahlarının tərksilahı olacaq. Bununla belə, görüşdə konkret razılaşmanın əldə olunacağı gözlənilmir.

Məlumata əsasən, Tramp müzakirələr zamanı İran məsələsini də gündəmə gətirəcək. Lakin ABŞ prezidentinin üçtərəfli görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olmadığı bildirilir.

Tramp üçtərəfli görüşdən əvvəl Si Cinpinlə ayrıca danışıqlar aparacaq. Bununla yanaşı, onun Putinlə ayrıca ikitərəfli görüş keçirməsi nəzərdə tutulmur.

Üçtərəfli danışıqlar Trampın Asiya səfərinin yekun mərhələsi olacaq. Səfər bazar ertəsi Filippinə səfərlə başlayacaq. ABŞ prezidenti burada ASEAN sammitində iştirak edəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar