SON XƏBƏRLƏR

KƏŞ: İran Ərəb körfəzi ölkələrinə 7 mindən çox raket və dron atıb

2026.11.14, 09:14
KƏŞ: İran Ərəb körfəzi ölkələrinə 7 mindən çox raket və dron atıb

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) BMT Təhlükəsizlik Şurasına bildirib ki, fevral ayında müharibə başlayandan bəri İran Ərəb körfəzi ölkələrinə 7 mindən çox raket və pilotsuz uçuş aparatı ilə hücum edib.

Gunaz.tv

KƏŞ-in baş katibi Casim Məhəmməd Əl-Budeyvinin sözlərinə görə, hücumlar hava və dəniz limanlarını, neft-qaz obyektlərini, elektrik stansiyalarını və yaşayış məntəqələrini hədəfə alıb.

Bəhreynin BMT-dəki səfiri Camal Fares Əl-Rüveyi bildirib ki, Hörmüz boğazında təxminən 1600 gəminin hərəkəti pozulub və 23 mindən çox dənizçi bölgədə köməksiz vəziyyətdə qalıb.

BMT rəsmisi Xalid Xiyari isə dəniz insidentlərinin hər gün davam etdiyini və ticarət gəmiçiliyinin hələ də müharibədən əvvəlki səviyyəyə qayıtmadığını bildirib.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, Hörmüz boğazından keçən gəmilərin sayı müharibədən əvvəlki dövrlə müqayisədə 65 faiz azalıb.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar