SON XƏBƏRLƏR

“Ciloluq” sənədli filmi İstanbulda keçirilən “Qorqud Ata” Türk Dünyası Film Festivalında nümayiş etdirilib

2026.11.08, 16:02
“Ciloluq” sənədli filmi İstanbulda keçirilən “Qorqud Ata” Türk Dünyası Film Festivalında nümayiş etdirilib

Gunaz.tv

Güney Azərbaycan türklərinin qətliamını əks etdirən “Ciloluq” tarixi sənədli filmi rejissor, Güney azərbaycanlı kinorejissor Rza Siyaminin quruluşunda İstanbulda keçirilən VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş olunub. 

Film Güney Azərbaycan tarixinin ən faciəli səhifələrindən birinə həsr edilib.

Film noyabrın 7-də, şənbə günü İstanbulun “Grand Pera” salonunda tamaşaçılara təqdim olunub. Nümayişdən sonra rejissorun iştirakı ilə film ətrafında xüsusi müzakirə keçirilib.

“Ciloluq” sənədli filmində 1917–1918-ci illərdə Güney Azərbaycanda, xüsusilə Urmiyə və Salmas bölgələrində baş verən qanlı hadisələrdən bəhs olunur. 

Birinci Dünya müharibəsi dövründə silahlı aysor və erməni dəstələrinin hücumları, eləcə də bölgədəki qarşıdurmalar nəticəsində çoxsaylı azərbaycanlı mülki sakin qətlə yetirilib, əmlakları talan edilib və əhali doğma yurdlarından didərgin salınıb. Bu hadisələr Güney Azərbaycan türklərinin tarixi yaddaşında “Ciloluq” adı ilə qalıb.

Türk xalqlarının mədəni və incəsənət nümunələrini tanıtmaq, eləcə də kino sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyan VI “Qorqud Ata” Türk Dünyası Film Festivalı noyabrın 3-dən 7-dək İstanbulda keçirilib. Festival şənbə günü qaliblərin elan olunması ilə başa çatıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar