SON XƏBƏRLƏR

İsrail İranda qəfil “peycer əməliyyatı” hazırlayır

2026.11.01, 11:04
İsrail İranda qəfil “peycer əməliyyatı” hazırlayır

Gunaz.tv

Keçmiş Mossad rəsmisi: İsrail İranın hərbi rəhbərliyinə “pager əməliyyatı”na bənzər qəfil hücumu nəzərdən keçirir.

Mossadın keçmiş qlobal əməliyyatlar üzrə rəis müavini Oded Eilam İsrailin 2024-cü ildə Livan və Suriyada Hizbullah üzvlərinin rabitə cihazlarının partladılması əməliyyatına bənzər üsulla İranın hərbi komandanlarına qarşı qəfil hücum həyata keçirə biləcəyini bildirib.

Eilam “New York Post” qəzetinə müsahibəsində gözlənilməz əməliyyatların İsrail strategiyasının əsasını təşkil etdiyini deyib. O, İranın real güc mərkəzlərinin hərbi və təhlükəsizlik strukturlarında cəmləşdiyini iddia edərək, Əhməd Vahidi, Hüseyn Taeb, Əli Abdullahı və Möhsün Rzainin adlarını çəkib.

Onun sözlərinə görə, İranın hərbi rəhbərliyi Vaşinqtonla razılaşma əldə etməyə çalışan siyasi rəhbərliyin cəhdlərinə mane olur. Eilam həmçinin İran hakimiyyəti daxilində iqtisadi sanksiyalar və ABŞ-ın hərbi təzyiqləri fonunda fikir ayrılıqlarının artdığını iddia edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar