SON XƏBƏRLƏR

İranda daha altı sünni ərəb həbs edildi

2026.10.31, 10:39
İranda daha altı sünni ərəb həbs edildi

SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları Xuzistan əyalətinin Şavur şəhərində altı sünni məzhəbli ərəbi həbs ediblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan 20 yaşlı Hüseyn Nəvaseri, 25 yaşlı Əli Doşi, Əli Şiveyhi, 20 yaşlı Əmin Şiveyhi və 27 yaşlı Cavad Kənaninin kimliyi müəyyənləşdirilsə də, hələlik altıncı şəxsin kimiliyi barədə açıqlama verilməyib.

Hökumət məmurlarının gecə saatlarında adı çəkilən şəxslərin mənzillərinə hücum edərək məhkəmə hökmü təqdim etmədən axtarış apardıqları və onları həbs etdikləri bildirilib.

Onların həbs səbəbi və ittihamları barədə açıqlama verilməyib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar