SON XƏBƏRLƏR

Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidilib – SEPAH-a bağlı media

2026.10.30, 11:32
Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidilib – SEPAH-a bağlı media

SEPAH-la əlaqəli “Fars” xəbər agentliyinin cümə axşamı yerli mənbələrə istinadən yaydığı məlumata görə, Hörmüz boğazı yaxınlığında, Sirik sahilləri və Qeşm adası istiqamətində dənizdən bir neçə partlayış səsi eşidilib.

Gunaz.tv

Agentliyin məlumatına görə, Qeşm adasının sakinləri səmada işıq parıltıları gördüklərini və müxtəlif səslər eşitdiklərini bildiriblər. Bəzi mənbələr isə hava hücumundan müdafiə sistemlərinin işə salındığını qeyd ediblər.

“Fars” agentliyi ilkin məlumatlara əsasən, səslərin bir qisminin Hörmüz boğazında müəyyən edilmiş qaydaları pozduğu bildirilən gəmilərə qarşı açılan xəbərdarlıq atəşi ilə bağlı olduğunu yazıb.

Fərqli məlumatlara görə isə partlayışlar İranın əraziyə\ yerləşdirdiyi raket qurğularının vurulmasının nəticəsidir. Bununla ABŞ tərəfi mümkün qarşıdurma zamanı İranın dərhal cavab vermək potensialını azaltmağa çalışır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar