SON XƏBƏRLƏR

Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb

2026.10.28, 20:35
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb

Gunaz.tv

İranda saxlanılan Güney azərbaycanlı milli və siyasi fəal Mehrdad Qaderi Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülüb. O, 2026-cı il oktyabrın 21-də, çərşənbə günü səhər saatlarında Təbrizdəki iş yerinə İranın təhlükəsizlik qüvvələrinin basqını nəticəsində həbs edilmişdi. Oktyabrın 27-də, çərşənbə axşamı isə həbsxanaya köçürülüb.

Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi “Demokratlar” işi çərçivəsində Qaderini “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı ilə 3 il 7 ay, “Demokratlar qrupuna üzvlük” ittihamı ilə isə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal 2023-cü ilin sentyabrında bir sıra digər azərbaycanlı fəallarla birlikdə həbs olunmuşdu. Məlumatlara görə, təxminən üç ay davam edən həbs müddətində onlar fiziki və psixoloji işgəncələrə məruz qalıblar. Daha sonra həmin şəxslər girov müqabilində müvəqqəti azadlığa buraxılıblar.

Son həbslər çərçivəsində 2026-cı il oktyabrın 27-də, çərşənbə axşamı, Naser Rəzmcunun Ərdəbildə, Əmirhüseyn Ağayinin isə Təbrizdə həbs edildiyi bildirilir. Hər iki milli və siyasi fəal “Demokratlar” işi ilə əlaqələndirilir.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar