SON XƏBƏRLƏR

Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib

2026.10.28, 11:17
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp ABŞ-da keçiriləcək seçkilərdən sonra İrana zərbə endirmək barədə əmr verib-verməyəcəyi ilə bağlı suala konkret cavab verməyib və “hər şey mümkündür” deyib.

Gunaz.tv

Merilend ştatında yerləşən Endryus birgə hərbi bazasına gələrkən jurnalistin seçkilərdən sonra İrana zərbə endirməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualını cavablandıran Tramp bildirib: “Bunu sizə deyə bilmərəm. Amma hər şey mümkündür”.

O, İranın razılaşma əldə etmək istədiyini və bunun üçün seçkiləri gözləyə biləcəyini deyib. Ancaq o, gözləməyin İran üçün faydalı olmayacağını bildirib.

“Biz onların hərbi qüvvələrini darmadağın etmişik. Maliyyələrini məhv etmişik. Onların pulları yoxdur. Dünyada ən yüksək inflyasiya onlardadır — 300 faiz. Hökumət artıq yoxdur. Amma görək, nə baş verəcək”, — deyə Tramp bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar